ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
06.08.2026 14:38

 

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri “Scandens” müasir əczaçılıq istehsal zavoduna səfər ediblər. Səfər əczaçılıq sahəsində nəzəri biliklərin praktiki təcrübə ilə zənginləşdirilməsi, gələcəyin yüksəkixtisaslı mütəxəssislərinin yetişdirilməsi və sənaye–təhsil əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədi ilə təşkil olunub. 

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətlinin rəhbərliyi ilə baş tutan səfər zamanı tələbələr zavodun istehsal sahələri, keyfiyyətə nəzarət laboratoriyaları, müasir texnoloji avadanlıqları və beynəlxalq GMP standartlarına uyğun qurulmuş istehsal infrastrukturu ilə yaxından tanış olublar. Tələbələrə xammaldan başlayaraq dərman preparatlarının son qablaşdırılmasına qədər bütün istehsal dövrünü əhatə edən mərhələləri, keyfiyyət təminatı sistemləri, innovativ texnologiyaların tətbiqi, eləcə də əczaçılıq sənayesində mövcud peşə və karyera istiqamətləri barədə ətraflı məlumat verilib. 

 

Son illərdə əczaçılıq sənayesinin inkişafı, yerli istehsalın genişləndirilməsi, dərman təminatında idxaldan asılılığın azaldılması və yüksəkixtisaslı milli kadr potensialının formalaşdırılması ölkənin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur. Bu baxımdan, “Scandens” tərəfindən həyata keçirilən təşəbbüs gənclərin peşəkar inkişafına dəstək göstərməklə yanaşı, ölkədə güclü və rəqabətqabiliyyətli əczaçılıq sənayesinin formalaşmasına, yerli insan kapitalının inkişafına və milli kadr potensialının möhkəmləndirilməsinə xidmət edir. Şirkət təhsil və sənaye arasında körpü rolunu oynayaraq gələcəyin əczaçı mütəxəssislərinin yetişdirilməsinə və Azərbaycanın əczaçılıq sektorunun davamlı inkişafına töhfə verməyə davam edir. 

 

Qeyd edək ki, “Scandens” əczaçılıq zavodu Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti tərəfindən əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin keçirilməsi üçün rəsmi praktiki tədris bazası kimi müəyyən edilib. 

 

Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb, sonda tələbələr onları maraqlandıran suallara cavab alıb, müəssisənin mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparıblar. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub