Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
04.08.2026 11:31

 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) sosial şəbəkələrdə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlərlə bağlı açıqlama yayıb.

 

Aztibb.az xəbər verir ki, açıqlamada bildirilir:

"Sosial şəbəkələrdə AEM adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. Həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur.

 

Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.
Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. Bildiririk ki, AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir".

ÇOX OXUNANLAR
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının və 27 nömrəli Şəhər Poliklinikasının baş həkimləri təltif olunub
 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün simulyasiya təlimi keçirilib   
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
Hamilə pasiyent üzərində laparoskopik öd kisəsi əməliyyatı uğurla icra olunub
        Abituriyentlərə təhsil və karyera imkanları təqdim olunub          
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Antibiotiklərin bağırsağa təsiri
 Pirallahıda 53 yaşlı qadının 35 il sonra ilk övladı dünyaya gəlib   
 Dövlət Gömrük Komitəsinin rəhbər əməkdaşı beynəlxalq səviyyəli MBA proqramını fərqlənmə ilə başa vurub   
ÜST Avropa regionunda uşaq və yeniyetmələrin psixi sağlamlığı xidmətlərinin keyfiyyətini gücləndirir
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
Mərkəzi Neftçilər Xəstəxanasının terapevti Pərizad Baxşəliyeva Baku TV-yə müsahibə verib