Qocalıq demensiyasının yaranmasında hidrogen-sulfidin rolu dəqiqləşdirilib  
15.04.2021 22:09

Siçovullar üzərində aparılan təcrübə göstərib ki, beyin toxumalarında hidrogen-sulfidin toplanması onların neyronlarının qıcıqlanmasını artırıb. Bu, demensiyanın yaranmasını sürətləndirir. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Redinq Universitetinin dosenti Mark Dallasın sözlərinə görə, hidrogen-sulfid neyronların elektrik aktivliyinin tənzimlənməsində mühüm rol oynayan kalium kanallarının normal işini pozur. Əgər bu kanallar bağlanırsa, hüceyrələr hiperhəyəcan durumuna keçir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 50 milyon insan qocalıq demensiyasından əziyyət çəkir və hər il onların sayı artır. Bunun başlıca səbəbi Altsheymer xəstəliyidir. Lakin demensiyanın 30 faizi digər neyrodegenerativ xəstəliklərlə və beyinin fəaliyyətində pozulmalarla bağlıdır.

 

Ötən əsrin sonunda neyrofizioloqlar müşahidə ediblər ki, demensiya zamanı qocaların beyin toxumalarında adətən böyük miqdarda hidrogen-sulfid toplanır.

 

Dallas və onun həmkarları bu qazın hippokampın (insan və heyvan beyinlərində əsas yaddaş mərkəzi) neyronlarına necə təsir etdiyini araşdırıblar. Alimlər bu hüceyrələrin qida mühitinə müxtəlif konsentrasiyada hidrogen-sulfid əlavə edərək, neyronların elektrik aktivliyinin və ion kanallarının işinin necə dəyişdiyini müşahidə ediblər. Məlum olub ki, hidrogen-sulfidin konsentrasiyasının dəyişməsi neyronlar arasında oyadıcı elektrik siqnallarının ötürülməsi ilə bağlı olan kalium ion kanallarından birinə xüsusən güclü təsir göstərib. Hidrogen-sulfid nə qədər çox olubsa, neyronlar da bir o qədər sürətlə zahiri qıcıqlandırıcılara reaksiya verib.

 

Alimlər kalium kanallarının işinə nəzarət edən KCNB1 geninin strukturunun modifikasiya ediləcəyi halda da nə baş verəcəyini yoxlayıblar. Bu dəyişiklik nəticəsində kalium kanalları qaz molekullarına reaksiya göstərməyi dayandırıb.

 

Dallas və onun həmkarları ümid edirlər ki, gələcək tədqiqatlar nəticəsində demensiyanın qarşısını ala biləcək yeni dərmanlar yaratmaq mümkün olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır