Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
05.08.2026 15:30

Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı mobil klinika vasitəsilə Laləzar və Quşçu kəndlərində uşaqların peyvəndlənməsini həyata keçirib.

 

Şamaxı RMX-dan Aztibb.az-a bildirilib ki, səyyar xidmət zamanı uşaqlar müayinə olunub və yaşlarına uyğun olaraq Heksa, PK (pnevmokok) və QPM peyvəndləri tətbiq edilib.

 

Heksa peyvəndi difteriya, göyöskürək, tetanus, inaktivləşdirilmiş poliomielit, Hepatit B və HİB infeksiyası kimi altı təhlükəli xəstəliyə qarşı qoruyucu immunitet formalaşdırır.
PK (pnevmokok) peyvəndi pnevmoniya, meningit, sepsis və orta qulaq iltihabı kimi pnevmokok bakteriyasının törətdiyi ağır xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

QPM peyvəndi isə qızılca, parotit (epidemik qulaqdibi) və məxmərək kimi yüksək yoluxuculuğa malik virus infeksələrinə qarşı etibarlı qorunma təmin edir.

 

Həkim pediatr tərəfindən valideynlərə peyvəndlərin təhlükəsizliyi, effektivliyi və uşaqların sağlam böyümə və inkişafındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlərin vaxtında aparılması uşaqları peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən qorumağın ən etibarlı üsuludur.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb