COVID-19-un yaratdığı panik atak qorxusu
10.02.2021 18:43

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə infeksiyaya yoluxmaqdan ehtiyat etmək gərginlik, obsessiv-kompusiv pozuntu, qorxu, yuxusuzluq kimi psixoloji problemlərə səbəb olur. Həmin vəziyyət yalnız panik atakdan əziyyət çəkənlərdə deyil, psixoloji narahatlığı olmayanlarda da müşahidə edilir.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Pandemiya dövrü ilə əlaqədar olaraq panik atak içərisində olanlar var. Onlar alışmadıqları bir vəziyyətlə üzləşiblər - öz sağlamlıqlarını qorumaq üçün bütün gün evdə oturaraq bayıra çıxmır, maska taxmağa məcbur olurlar. Bütün bu baş verənlər psixologiyaya təsirsiz ötüşmür. Bu isə öz növbəsində, müəyyən həyəcan pozuntuları, gərginlik və depressiya yaradır”.

 

Həmin psixoloji narahatlıqlar oxşar olsa da, koronavirusdan qorxu əlamətlərinə görə fərqlənirlər. Psixoloqun dediyinə görə, obsessiv-kompusiv pozuntulardan əziyyət çəkənlərin virusa mikrobdan yoluxma qorxusu olduğu halda panik atak xəstələri koronavirusun nəfəs darlığı yaratmasından ehtiyat edirlər: “Panik ataka məruz qalanlar özləri ilə təzyiqölçən aparat və su gəzdirir, infeksiyaya yoluxaraq öləcəklərindən ehtiyat edir və daim bu barədə düşünürlər. Bu hal xəstəliyə yoluxmaq qorxusu yaşayan və kökündə ölüm qorxusu olan panik atak narahatlığından əziyyət çəkənlərə xüsusilə ağır təsir göstərir. Onlar yaşadıqları evi, pal-paltarlarını vaxtaşırı spirtlə dezinfeksiya edir, əllərini tez-tez və uzun müddət yuyurlar. Bu, onlarda təmizlik obsessiyası yaradır. Həmin şəxslərə elə gəlir ki, əgər bunu etməsələr, virus onlara yoluxacaq”.

 

Xəstəliyə yoluxduqdan sonra evdə və ya xəstəxanada müalicəni davam etdirmək düşüncəsi də onları narahat edən amillərdəndir. Hətta virusa yoluxub özünü təcrid edərək tənha qalmaqdan qorxanlar da var. Bütün bunlar nəticə etibarı ilə depressiv əlamətlərin meydana çıxmasına da səbəb ola bilər.

 

Həmin problemlərin həlli yolları barədə danışan psixoloq deyib: “İlk növbədə, psixologiyanı sağlamlaşdırmaq, hər şeyə müsbət tərəfdən yanaşmağı bacarmaq lazımdır. Özünü daim neqativ fikirlərlə yükləmək əvəzinə pozitiv fikirlərə üstünlük verilməlidir ki, əhval-ruhiyyənin aşağı düşməsinə mane olsun. Virusa yoluxacağı, xəstəliyi tutub öləcəyi barədə düşünmək əvəzinə xəstəliyin varlığını qəbul etmək və ona yoluxacağı halda sağalacağı barədə düşünmək lazımdır”.

 

Araşdırmalar göstərir ki, psixoloji cəhətdən neqativ yüklənmək koronavirusun orqanizmdəki təsirinin artmasına səbəb olur. Qabaqlayıcı tədbir görmək üçün immun sistemini möhkəmlətmək və depressiyadan qorunmaq çox vacibdir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat