Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
10.08.2026 11:44

Yüksək hava temperaturu təkcə fiziki fəaliyyəti deyil, beyin sağlamlığını da mənfi təsir altına alır

Yay aylarında müşahidə olunan güclü istilər yalnız ürək-damar sisteminə deyil, beyin sağlamlığına da ciddi təsir göstərir. Bədən temperaturu yüksəldikcə beyin istilik balansını qorumaq üçün daha intensiv işləyir. Bu zaman maye və elektrolit itkisi sinir sisteminin fəaliyyətində mühüm dəyişikliklərə səbəb ola bilər.

Aztibb.az CNN Türk-ə istinadən yazır ki, nevroloq, professor Belma Doğan Güngen bildirdiyinə görə, isti havalarda yaranan maye və elektrolit çatışmazlığı beyin funksiyalarını pozaraq baş ağrısı, diqqətin dağılması, çaşqınlıq, başgicəllənmə və huşun itməsi kimi əlamətlərə səbəb ola bilər. Ağır hallarda isə günvurma qalıcı beyin zədələnməsi və hətta komaya gətirib çıxara bilər.

"Yüksək temperatur beyni bioloji stressə məruz qoyur"

Professorun sözlərinə görə, yüksək temperatur zamanı orqanizm bədən istiliyini azaltmaq üçün damarları genişləndirir və tərləməni artırır. Nəticədə əhəmiyyətli dərəcədə maye və elektrolit itkisi baş verir.

"Bu proses zamanı beyin bədən temperaturunu sabit saxlamaq üçün intensiv fəaliyyət göstərir. Lakin bədən istiliyi nəzarət altına alınmazsa, sinir hüceyrələri bioloji stress keçirir və beyni qoruyan qan-beyin baryerinin funksiyası pozula bilər. Bu isə çaşqınlıq, başgicəllənmə, halsızlıq və huşun itməsi ilə nəticələnə bilər. Vaxtında müdaxilə olunmadıqda qalıcı beyin zədələnməsi və ya koma inkişaf edə bilər", – deyə professor bildirib.

İsti havalar miqren tutmalarını da artıra bilər

Prof. Belma Doğan Güngen qeyd edib ki, yüksək temperatur baş ağrılarını və miqren tutmalarını da gücləndirə bilər.

Onun sözlərinə görə, isti hava beyin damarlarının genişlənməsinə səbəb olur, tərləmə nəticəsində yaranan maye və elektrolit itkisi isə baş ağrısını daha da şiddətləndirir. Miqren xəstələrinin beyni ətraf mühitdə baş verən dəyişikliklərə daha həssas olduğundan, yay aylarında bu tutmalar daha tez-tez müşahidə oluna bilər. Bundan əlavə, isti havalarda yuxu keyfiyyətinin pisləşməsi də miqren tutmalarının sayını artıran amillərdən biridir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub