İmpetiqo - Uşaqlarda yoluxucu dəri infeksiyasına diqqət!
14.08.2026 11:27

İmpetiqo əsasən uşaqlarda rast gəlinən və təmas yolu ilə asanlıqla yayıla bilən yoluxucu bakterial dəri infeksiyasıdır. Xəstəlik daha çox 2–10 yaş aralığında müşahidə olunsa da, digər yaş qruplarında da meydana çıxa bilər.

Aztibb.az Diaqnoz Tibb Mərkəzinin xəstəliklə bağlı maarifləndirici paylaşımını təqdim edir.

İmpetiqo ən çox üz, burun ətrafı və ətraflarda meydana çıxır. Dərinin xırda zədələri, cızıqlar və digər səthi yaralanmalar bakteriyaların dəriyə daxil olaraq infeksiyaya səbəb olmasına şərait yarada bilər.

Xəstəliyin əsasən iki forması müşahidə olunur: qeyri-bülloz və bülloz impetiqo. Qeyri-bülloz forma daha çox bal rəngli qabıqların əmələ gəlməsi ilə xarakterizə olunur. Bülloz formada isə dəridə maye ilə dolu qabarcıqlar yaranır. Bəzi hallarda bülloz impetiqonun səpkiləri herpes infeksiyasının əlamətləri ilə qarışdırıla bilər.

İmpetiqonun yoluxucu olması səbəbindən xəstəlik zamanı şəxsi gigiyena qaydalarına riayət etmək və səpkilərlə təmasdan çəkinmək xüsusilə vacibdir. Dəri səpkilərinə laqeyd yanaşmaq isə infeksiyanın yayılmasına və digər şəxslərə keçmə riskinin artmasına səbəb ola bilər.

Xəstəlik vaxtında aşkarlandıqda müalicəyə yaxşı cavab verir. Lakin həkimə müraciətin gecikdirilməsi səpkilərin daha geniş sahəyə yayılmasına, xəstəliyin davametmə müddətinin və yoluxma riskinin artmasına səbəb ola bilər.

Bu səbəbdən dəridə şübhəli səpkilər, qabarcıqlar və ya qabıqlanmalar müşahidə etdikdə vaxtında mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Diaqnoz Tibb Mərkəzi
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C


Çağrı mərkəzi: 904
Telefon: +994 55 754 43 03


Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub