“Həkimlərimizi tanıyın!” – Pediatr-neonatoloq  Aygün Sadıxova
11.08.2026 16:24

“Həkimlərimizi tanıyın!” rubrikasında bu dəfə körpə və uşaqların sağlamlığının keşiyində dayanan, pediatriya və neonatologiya sahəsində zəngin klinik təcrübəyə malik Dr. Aygün Sadıxova təqdim olunur.

Aztibb.az xəbər verir ki, Dr. Aygün Sadıxova Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində pediatr-neonatoloq kimi fəaliyyət göstərir. Həkim yenidoğulmuşların müayinəsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, uşaqların doğulduğu ilk gündən 17 yaşınadək müayinə və müalicəsi, vaksinasiya, həmçinin pediatrik qastroenterologiya, pulmonologiya, allerqologiya və otorinolarinqologiya istiqamətlərində tibbi xidmət göstərir.

Dr. Aygün Sadıxova 1994-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində ali tibb təhsili alıb. 2001-2002-ci illərdə K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya üzrə internatura keçib.

Həkim müasir pediatriya və neonatologiya sahəsində biliklərini davamlı olaraq təkmilləşdirir. O, müxtəlif beynəlxalq konfrans, simpozium və təlimlərdə iştirak edib. 2022-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursu keçib.

Peşə fəaliyyətinə 2002-ci ildə başlayan Dr. Aygün Sadıxova 2017-ci ilədək dövlət tibb müəssisəsində pediatr-neonatoloq kimi çalışıb. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində fəaliyyətini davam etdirir.

Dr. Aygün Sadıxova haqqında daha ətraflı məlumatı Mərkəzi Gömrük Hospitalının rəsmi saytından əldə etmək mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub