Rentgen, MRT, yoxsa KT? Hansı müayinə nə vaxt lazımdır?
11.08.2026 10:20

Düzgün diaqnoz üçün ən bahalı müayinə deyil, xəstəliyə uyğun seçilmiş müayinə vacibdir.

Bir çox insanlar sağlamlıq problemi ilə qarşılaşdıqda "ən müasir" və ya "ən bahalı" görüntüləmə müayinəsini seçməyin daha dəqiq nəticə verəcəyini düşünür. Halbuki mütəxəssislər bildirirlər ki, rentgen, maqnit-rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) bir-birini əvəz etmir və hər birinin istifadə sahəsi fərqlidir.

Aztibb.az "Gazeta" nəşrinə istinadən yazır ki, həkimlərin sözlərinə görə, düzgün diaqnozun qoyulması üçün əsas meyar müayinənin qiyməti deyil, xəstənin şikayətinə və klinik vəziyyətinə uyğun seçilməsidir.

Rentgen nə zaman təyin olunur?

Rentgen müayinəsi ən çox sümük sınıqları, çıxıqlar, ağciyər xəstəlikləri və bəzi diş problemlərinin qiymətləndirilməsi üçün istifadə edilir. Müayinə qısa müddətdə aparılır və nisbətən aşağı dozada ionlaşdırıcı şüalanmadan istifadə olunur.

MRT hansı hallarda üstünlük təşkil edir?

MRT ionlaşdırıcı şüalanmadan istifadə etmir. Bu üsul xüsusilə beyin, onurğa, oynaqlar, əzələlər, bağlar, sinirlər və daxili yumşaq toxumaların müayinəsində yüksək dəqiqlik təmin edir. Bəzi hallarda kontrast maddə tətbiq oluna bilər.

KT nə üçün istifadə olunur?

Kompüter tomoqrafiyası (KT) rentgen şüaları vasitəsilə orqanizmin qat-qat təsvirlərini əldə etməyə imkan verir. Travmalar, daxili qanaxmalar, ağciyər xəstəlikləri, bəzi şişlər və təcili vəziyyətlərin qiymətləndirilməsində KT çox vacib rol oynayır. Müayinə sürətli aparıldığı üçün təcili tibbdə geniş istifadə edilir.

Mütəxəssislərin tövsiyələri

Həkimlər görüntüləmə müayinələrindən istifadə zamanı aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edirlər:

Özbaşına MRT və ya KT müayinəsinə getməyin.
Müayinə növünü yalnız həkimin klinik qiymətləndirməsi əsasında seçin.
"Ən bahalı müayinə daha yaxşıdır" düşüncəsi hər zaman doğru deyil.
KT və rentgen şüalanma yaratdığı üçün zərurət olmadıqda təkrarlanan müayinələrdən çəkinin.
Əvvəlki müayinə nəticələrini saxlayın və yeni müayinəyə gedərkən həkimə təqdim edin.
Hamiləlik ehtimalı olduqda bunu mütləq radioloqa və müalicə həkiminə bildirin.
MRT müayinəsindən əvvəl bədəndə kardiostimulyator, metal implant və ya digər metal cihazların olub-olmadığını həkimə məlumat verin.

Mütəxəssislər vurğulayırlar ki, düzgün diaqnozun açarı ən yeni texnologiyadan istifadə etmək deyil, konkret xəstəliyə uyğun görüntüləmə üsulunun seçilməsidir. Bu isə yalnız həkimin müayinəsi və klinik qiymətləndirməsi əsasında müəyyən edilməlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub