İnsulin və qaraciyər arasında hansı əlaqə var? – Həkim açıqladı
12.08.2026 09:42

İnsulin yalnız qanda şəkərin səviyyəsinin tənzimlənməsində deyil, həm də qaraciyərin normal fəaliyyətində mühüm rol oynayır.

 

Aztibb.az xəbər verir ki, hepatoloq Tofiq Əkbərovun sözlərinə görə, insulin müqaviməti yarandıqda qaraciyərdə yağ toplanması və müxtəlif metabolik pozğunluqların inkişaf riski arta bilər.

Qaraciyər orqanizmdə qlükozanın saxlanması və istifadəsində əsas rol oynayan orqanlardan biridir. İnsulinin təsirinə qarşı həssaslıq azaldıqda, yəni insulin müqaviməti yarandıqda isə bu proseslər pozula və qaraciyərin maddələr mübadiləsində dəyişikliklər meydana çıxa bilər.

İnsulin müqaviməti, qaraciyər piylənməsi, yüksək qan şəkəri, artıq çəki və digər metabolik pozğunluqlar bir-biri ilə sıx əlaqəli ola bilər. Bu vəziyyətlər uzun müddət davam etdikdə həm metabolik sağlamlığa, həm də qaraciyərin funksiyasına mənfi təsir göstərə bilər.

Dr. Tofiq Əkbərov qeyd edir ki, qaraciyər sağlamlığının qorunması üçün yalnız qaraciyərin öz göstəricilərinə deyil, ümumi metabolik vəziyyətə də diqqət yetirmək lazımdır.

Bu baxımdan qan şəkərinin, bədən çəkisinin və digər metabolik göstəricilərin mütəmadi nəzarətdə saxlanılması, həmçinin qaraciyərlə bağlı şikayətlər və risk faktorları olduqda vaxtında həkim müayinəsindən keçmək vacibdir.

Sağlam qaraciyər üçün düzgün diaqnostika, risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və profilaktik nəzarət mühüm əhəmiyyət daşıyır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub