ATU rezidenti Amerika Revmatologiya Kollecinin konqresində iki elmi işlə çıxış edib  
14.11.2026 10:52

Azərbaycan Tibb Universitetinin (ATU) revmatologiya ixtisası üzrə IV kurs rezidenti Rəşad Abızadə ABŞ-nin Orlando şəhərində keçirilən Amerika Revmatologiya Kollecinin illik konqresində (ACR Convergence 2026) iki elmi işlə iştirak edib.

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
 
Bildirilib ki, konqresdə Johns Hopkins Universitetinin Lupus Mərkəzi ilə birgə aparılmış tədqiqatlar poster formatında təqdim olunub. "Low 25(OH) Vitamin D Is Associated with Venous Thromboembolism in SLE" adlı tədqiqatda sistem qırmızı qurdeşənəkli (SLE) xəstələrdə D vitamini səviyyəsinin aşağı olması ilə venoz tromboemboliya riski arasındakı əlaqə öyrənilib. "Impact of Renin-Angiotensin-Aldosterone System Inhibitors on Venous Thromboembolism in Systemic Lupus Erythematosus" adlı digər tədqiqatda AÇF inhibitorları və angiotenzin reseptor blokatorlarının SLE xəstələrində venoz tromboemboliya riskinə təsiri araşdırılıb.
 

ATU rezidentinin D vitamini ilə bağlı tədqiqatı Avropa Revmatologiya Assosiasiyaları Alyansının (EULAR) gənc revmatoloqlar şəbəkəsi EMEUNET tərəfindən "EMEUNET Top 10 Abstracts – ACR 2026" siyahısına daxil edilib. Bundan əlavə, elmi iş konqresin poster turuna seçilib.

 

Bu fəaliyyət Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 3-cü məqsəd – Sağlamlıq və rifah ilə də uzlaşır. Belə ki, sistem qırmızı qurdeşənəkli xəstələrdə tromboemboliya riskinin öyrənilməsi xəstəliyin ağırlaşmalarının daha yaxşı qiymətləndirilməsinə və pasiyentlərin sağlamlığının qorunmasına yönəlmiş elmi yanaşmaların inkişafına töhfə verir. Eyni zamanda, beynəlxalq elmi əməkdaşlıq və tədqiqat təcrübəsinin paylaşılması DİM 4 – Keyfiyyətli təhsil və DİM 17 – Dayanıqlı inkişaf naminə tərəfdaşlıq məqsədlərinin mahiyyətinə uyğun olaraq rezidentlərin elmi bilik və peşəkar bacarıqlarının inkişafını dəstəkləyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb