BP şirkətinin Böyük Britaniya, Avropa və Xəzər regionu üzrə Sağlamlıq və Rifah sahəsinin vitse-prezidenti Dr. Yucin Qaal (Eugene Gaal) Respublika Diaqnostika Mərkəzinə (RDM) səfər edib.
RDM-dən Aztibb.az-a bildirilib ki, səfər çərçivəsində Dr. Yucin Qaalı BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə sağlamlıq sahəsinin rəhbəri Anar Kərimov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, Sənaye sağlamlığı üzrə Qrup Rəhbəri Şəhla Seyidova və MediClub Poliklinikanın baş həkimi, Nigar Əzimova müşayət edib.
Səfərin əsas məqsədi BP əməkdaşları üçün mərkəzdə təşkil olunan miqrasiya tibbi müayinə xidmətlərinin mövcud vəziyyəti, infrastruktur imkanları və keyfiyyət standartları ilə yaxından tanış olmaq olub.
Səfər zamanı qonaqlarla RDM-in baş direktoru vəzifəsini müvəqqəti icra edən Azər Rəhimov, eləcə də müəssisənin rəhbər heyəti və aparıcı həkimləri ilə geniş tərkibli görüş keçirib.
Rəsmi müzakirələrdən sonra qonaqlar mərkəzin kliniki şöbələri və müasir infrastrukturu ilə yaxından tanış olub. Qonaqlara BP əməkdaşlarının miqrasiya müayinələrindən keçmə mərhələləri, yüksək pasiyent məmnuniyyəti üçün yaradılan şərait və tibbi xidmətin gedişatı barədə məlumat verilib.

