44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
06.11.2026 10:28

8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı zəfərimiz – qürur və iftixar tariximiz!” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Şanlı zəfərimiz – qürur və iftixar tariximiz!” adlı vətənpərvərlik mövzusunda tədbir təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a İSİM-dən verilib.

 

Tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatı və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Açılış nitqi ilə çıxış edən İSİM-in direktoru Səbinə Babazadə şanlı Zəfər Gününün altıncı ildönümünün ölkəmizdə böyük iftixar və təntənə ilə qeyd olunduğunu bildirib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin xalqımızın milli birliyinin və sarsılmaz iradəsinin təcəssümü olduğunu vurğulayaraq, bu şanlı zəfərin hər bir Azərbaycan vətəndaşı üçün daimi ilham və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.

 

Çıxışında Zəfər Gününün tarixi əhəmiyyətinə toxunan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə olunan qələbənin cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirdiyini vurğulayıb. O, qarşıdan gələn Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik və xoş arzularını iştirakçıların diqqətinə çatdıraraq, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi yolunda hər bir azərbaycanlıya sarsılmaz vətənpərvərlik ruhu və yeni nailiyyətlər arzulayıb.

 

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov öz nitqində 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “Həmkarlar ittifaqları haqqında” Qanunun ölkədə həmkarlar təşkilatlarının hüquqi bazasını və sosial təminatlarını müəyyənləşdirdiyini nəzərə çatdırıb. O, qanunun yaratdığı imkanlardan bəhs edərək, müharibə günlərində, eləcə də ondan əvvəlki və sonrakı quruculuq illərində səhiyyə işçilərinin göstərdiyi fədakar xidmətləri xüsusi vurğulayıb.

 

Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxışında cəbhə təəssüratlarını bölüşərək, 44 günlük savaşda əsgər və zabitlərimizin nümayiş etdirdiyi şücaətdən söz açıb. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğunu və bu zəfərin gələcək nəsillərə böyük bir qəhrəmanlıq irsi olduğunu diqqətə çatdırıb.

 

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş əməkdaşlara təntənəli şəkildə üzvlük vəsiqələri təqdim olunub. Həmçinin, YAP Yasamal Rayon Təşkilatı və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranı olan İSİM əməkdaşları təltif ediliblər. İSİM tərəfindən isə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev təltif olunub.

 

Tədbirdə Vətən müharibəsinə və şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib, YAP-ın Himni dinlənilib.

 

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub