Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
05.11.2026 10:43

ABŞ-nin Nyu-York ştatında 30 ildən sonra qızılca xəstəliyi səbəbindən ilk uşaq ölümünün baş verdiyi bildirilib.

Aztibb.az "The Guardian"a istinadən yazır ki, Nyu-York ştatının qubernatoru Keti Hokul açıqlamasında ştatın Lyuis dairəsində bir uşağın qızılcaya yoluxduqdan sonra həyatını itirdiyini bildirib.

Uşağın vəfatından böyük kədər duyduğunu qeyd edən Hokul hadisəni Nyu-Yorkda son 30 ildə qızılca səbəbindən qeydə alınan ilk ölüm halı kimi xarakterizə edib.


Ölümün səbəbi peyvənddən imtina ilə əlaqələndirilib


Keti Hokul bu ölüm hadisəsinin getdikcə daha çox ailənin peyvənddən imtina etməsi ilə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət ictimai sağlamlığın qorunması mexanizmlərinin zəiflədiyinin göstəricisidir.

Qubernator baş verən hadisənin ABŞ rəhbərliyinin amerikalıları qarşısı alına bilən xəstəliklərdən qorumaq sahəsində onilliklər ərzində əldə edilmiş irəliləyişləri bilərəkdən zəiflətməsinin nə dərəcədə ağır nəticələrə səbəb ola biləcəyini göstərən sarsıdıcı bir xatırlatma olduğunu vurğulayıb.

Yerli səhiyyə orqanlarının məlumatına görə, bu ilin əvvəlindən indiyədək Lyuis dairəsində 15 qızılca yoluxması qeydə alınıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib