Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə əməkdaşlıq çərçivəsində tədris proqramlarında nəzərdə tutulan İİV infeksiyası və QİÇS modulu üzrə tibb işçilərinin nəzəri və praktiki biliklərinin artırılması məqsədilə tədris prosesi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin klinik bazasında həyata keçirilir.
Aztibb.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən xəbərə görə, mərkəzin klinik bazasında həkimlər və digər tibb mütəxəssisləri üçün İİV infeksiyası və QİÇS mövzusunda nəzəri və praktiki təlim təşkil olunub. Tədris prosesində iştirakçılar İİV infeksiyasının diaqnostikası, müalicəsi, profilaktikası, müasir yanaşmalar və pasiyentlərin idarə olunması ilə bağlı aktual məlumatlar əldə ediblər.
Bu cür təlimlər tibb işçilərinin peşəkar inkişafına töhfə verməklə yanaşı, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

