Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
05.11.2026 13:11
Nizami Tibb Mərkəzində 8 noyabr- Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbir Ulu öndər Heydər Əliyevin və Azərbaycanın süverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda öz canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla və Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Tədbir çərçivəsində ilk olaraq mərkəzin direktoru tibb üzrə fəlsəfə doktoru Vəfa Hüseynzadə Ulu Öndərin dövlətçilik ideyaları, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, strateji qərarları, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini müdafiə etməsi və xalqı vahid məqsəd ətrafında birləşdirməsinin Zəfərin mühüm amillərindən biri olduğunu qeyd edib. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaq və şəhid ailələrinəvə qazilərə qayğı göstərməyin hər kəsin mənəvi borcu oluğunu vurğulayıb.
 
Daha sonra Nizami Tibb Mərkəzinin Vətən müharibəsində iştirak edən əməkdaşı , Təcili Tibbi yardım şöbəsinin həkimi polkovnik Elşad Abbasov, şəhid Kazımlı Mürsəl Kamil oğlunun anası Aptek bölmə müdiri Lalə Əliyeva, şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı Neonotologiya şöbəsinin böyük tibb bacısı Sevinc Baxşəliyeva, Tibbi Sığortanın təşkili şöbəsinin müdiri Ramilə Qaralova , Təcili Tibbi yardım şöbəsinin müdiri Fərhad Zamanlı və Nizami Tibb Mərkəzində tibbi xidmət göstərilmiş Vətən müharibəsi qaziləri çıxış ediblər.
 
Tədbirin sonunda Vətən müharibəsində iştirak edən həkimlərə, eləcə də işinə məsuliyyəti və peşəkarlığı ilə seçilən həmkarlara NTM Həmkarlar İttifaqı Komitəsinin fəxri fərman və təltifnamələri verilib.
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub