Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
06.11.2026 16:43

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektivi Vətən müharibəsi şəhidi Əliyev Ramil Vüqarəddin oğlunun anım günü ilə əlaqədar şəhidin məzarını ziyarət ediblər.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, ziyarət zamanı məzarı önünə gül dəstələri düzülüb, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Daha sonra xəstəxananın direktoru Canəli Nəbiyev şəhidin ailəsini evlərində ziyarət edib. Görüş zamanı Ramil Əliyevin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söz açılıb, ailə üzvlərinə ehtiram və dəstək ifadə olunub.

 

Şəhid Ramil Əliyevin həyat və döyüş yolu
Əliyev Ramil Vüqarəddin oğlu 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olub. 2002-ci ildə Nofəl Quliyev adına məktəbin birinci sinfinə daxil olub, 2013-cü ildə Şirvan şəhərində yerləşən Füzuli rayon 10 nömrəli tam orta məktəbi bitirib. Həmin il Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olunub.

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edən Ramil Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və igidlik nümayiş etdirib.

 

Göstərdiyi şücaətə və döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, onların ailələrinə diqqət və qayğının göstərilməsi hər birimizin mənəvi borcudur.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

 

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub