Kardioloq qripə qarşı peyvənd üçün əks-göstərişləri açıqlayıb
11.11.2026 08:24

Kəskin infeksiyalar və xroniki xəstəliklərin kəskinləşməsi qripə qarşı peyvəndin vurulması üçün əks-göstərişlər sırasındadır.

Aztibb.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə kardioloq Yevgeni Şlyaxto məlumat verib. O, xüsusilə ürək-damar xəstəliklərinin dekompensasiyası hallarını qeyd edib.

“Qripə qarşı peyvənd üçün əks-göstərişlərə allergiya, kəskin infeksion xəstəliklər və xroniki xəstəliklərin kəskinləşməsi daxildir”, – deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, qrip epidemiyasının yüksəliş mərhələsi başlamazdan əvvəl ilk növbədə ürək-damar xəstəlikləri olan şəxslərin, hamilə qadınların, 60 yaşdan yuxarı insanların, həmçinin maddələr mübadiləsi pozğunluğu və piylənmədən əziyyət çəkən şəxslərin peyvənd olunmasına üstünlük verilməlidir.

ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub