Mavi işıq və ultrabənövşəyi şüalanmadan gözləri necə qorumalı?
02.11.2026 10:38

Ultrabənövşəyi şüalanma katarakta və digər göz xəstəlikləri üçün təsdiqlənmiş risk amillərindən biridir. Kompüter və telefon ekranlarından yayılan mavi işığın isə adi istifadə zamanı insanlarda göz xəstəliklərinə səbəb olduğu sübut edilməyib. Bununla belə, ekran qarşısında uzun müddət qalmaq göz quruluğu, bulanıq görmə, baş ağrısı və göz yorğunluğu yarada bilər.

Aztibb.az "The Epoch Times" nəşrinə istinadən yazır ki, Tayvandakı Milli Tsinxua Universitetinin professoru Cju-Huey Cjou işığın intensivliyinə və təsir müddətinə diqqət yetirməyin vacibliyini vurğulayır. Parlaq işıq mənbələrinin düzgün yerləşdirilməsi, ekran parlaqlığının ətraf mühitə uyğunlaşdırılması və müntəzəm fasilələr göz narahatlığını azaltmağa kömək edə bilər.

Mütəxəssis açıq havada ultrabənövşəyi şüalardan qoruyan eynəklərdən istifadə etməyi, günəş işığının birbaşa gözlərə düşməsinin qarşısını almağı və mütəmadi oftalmoloji müayinələrdən keçməyi tövsiyə edir. Ekran qarşısında işləyərkən isə hər 20 dəqiqədən bir ən azı 6 metr uzaqlıqdakı obyektə 20 saniyə baxmaq göz yorğunluğunu azaltmağa kömək edə bilər.

Tədqiqatda həmçinin vurğulanır ki, mavi işıqdan qoruduğu iddia edilən şəffaf eynəklərin effektivliyi məhdud ola bilər. Buna görə belə eynəklərin seçimi zamanı mütəxəssis məsləhəti almaq məqsədəuyğundur.

ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır