Fermentləşdirilmiş qida nədir və hansı faydaları var?
14.08.2026 13:08

Fermentasiya qidaların bakteriya, maya və digər mikroorqanizmlərin iştirakı ilə təbii biokimyəvi proseslər nəticəsində hazırlanması üsuludur. Əslində bu proses minilliklərdir tanınan mayalanmadır. Fermentasiya qidaların dadını və teksturasını dəyişməklə yanaşı, bəzi hallarda onların həzmini asanlaşdıra və qida dəyərini artıra bilər.

Aztibb.az xəbər verir ki, fermentasiya zamanı mikroorqanizmlər oksigenin az olduğu şəraitdə qidanın tərkibindəki karbohidrat, zülal və yağlarla qarşılıqlı təsirə girir. Nəticədə mürəkkəb üzvi birləşmələr daha sadə maddələrə çevrilir.

Fermentasiya demək olar ki, müxtəlif qida və içkilərə tətbiq edilə bilər. Ən çox fermentləşdirilən məhsullar arasında süd məhsulları, tərəvəzlər, meyvələr, ət, taxıllar və çay yer alır. Turşu kələm, mayalanmış xiyar və pomidor, kefir, ayran, qatıq, pendir, kvas və kombuça buna nümunədir.

Fermentləşdirilmiş qidalar vitamin, mineral və digər qida maddələrinin mənbəyi ola bilər. Süd məhsullarında fermentasiya nəticəsində faydalı bakteriyalar yaranır və bu məhsullar həzm sisteminin fəaliyyətini dəstəkləyə bilər. Fermentləşdirilmiş qidaların bağırsaq mikroflorasının və immun sisteminin normal fəaliyyətinə töhfə verə biləcəyi də qeyd olunur.

Lakin bu qidaların hazırlanması və saxlanması zamanı gigiyena qaydalarına riayət etmək vacibdir. Xüsusilə ev şəraitində fermentasiya prosesinin düzgün aparılmaması zərərli mikroorqanizmlərin çoxalmasına və qida zəhərlənmələrinə səbəb ola bilər.

Fermentləşdirilmiş tərəvəzlərin həddindən artıq qəbulu da köp, qaz və bağırsaq narahatlığı yarada bilər. Bu məhsulları rasiona tədricən daxil etmək məsləhətdir. Qastrit, kolit və digər mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi zamanı isə turşu və fermentləşdirilmiş qidaların qəbulu məhdudlaşdırıla bilər.

Düzgün hazırlanmış və təhlükəsiz saxlanılan fermentləşdirilmiş qidalar balanslı qidalanmanın bir hissəsi ola bilər. Əsas prinsip isə miqdara və məhsulun hazırlanma keyfiyyətinə diqqət yetirməkdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır