İstidən sonra buz kimi su orqanizm üçün hansı riskləri yaradır?
13.08.2026 20:25

Yayda havanın temperaturu yüksək olduqda buz kimi suya girmək, çox soyuq içkilər qəbul etmək və kondisioneri həddindən artıq aşağı temperaturda işlətmək orqanizm üçün əlavə stress yarada bilər. Temperaturun kəskin dəyişməsi xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir.

Aztibb.az xəbər verir ki, həddindən artıq isinmiş bədənin qəfil soyuq suya salınması sinir reseptorlarını aktivləşdirərək stress hormonlarının ifrazına, damarların kəskin daralmasına və tənəffüsün çətinləşməsinə səbəb ola bilər. Soyuq şok xüsusilə suya girdikdən sonrakı ilk dəqiqələrdə baş verə bilər.

Hipertoniya, ateroskleroz və digər ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər temperatur fərqinə daha diqqətli yanaşmalıdırlar.

Kondisionerin temperaturunu çöldəki havadan çox aşağı müəyyənləşdirmək də tövsiyə edilmir. Məsələn, çöldə temperatur 30°C olduğu halda kondisionerin 16-18°C-yə qurulması orqanizm üçün kəskin temperatur fərqi yaradır. Soyuq hava boyun və baş nahiyəsində damar spazmına, baş ağrısına və miqren tutmasına səbəb ola bilər. Kondisioner havanı quruduğundan burun-udlaq və tənəffüs yollarının selikli qişalarında quruluq da yarana bilər.

Çox soyuq içkilər də isti havada ehtiyatla qəbul edilməlidir. Ağız-udlaq və qida borusunun kəskin soyuması reflektor spazma səbəb ola bilər. Soyuq içkilər bəzi insanlarda boğaz və mədə spazmlarını da artıra bilər.

İsti havada təhlükəsiz sərinləmək üçün otaq temperaturunda və ya azca sərin su içmək, alkoqoldan uzaq durmaq və ilıqdan sərinliyə doğru tədricən duş qəbul etmək məsləhətdir. Kondisionerin temperaturunu çöldəki temperaturdan təxminən 5-7°C aşağı saxlamaq daha məqsədəuyğundur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır