Uzunmüddətli öskürək və nəfəs darlığına diqqət - XOAX nədir?
13.08.2026 13:16

Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) ağciyərlərdə hava axınının məhdudlaşmasına səbəb olan xroniki xəstəliklərdən biridir.

 

Aztibb.az xəbər verir ki, pulmonoloq, professor Əlizamin Sadıqovun sözlərinə görə, xəstəlik zamanı nəfəs alma çətinləşə, xüsusilə fiziki fəaliyyət zamanı təngnəfəslik, uzunmüddətli öskürək və bəlğəm ifrazı müşahidə oluna bilər.

Bəzi insanlar bu əlamətləri illərlə “siqaret öskürəyi” və ya yaşla əlaqəli hal kimi qəbul edərək həkimə müraciəti gecikdirirlər. Halbuki uzun müddət davam edən öskürək, bəlğəm ifrazı və xüsusilə fiziki fəaliyyət zamanı yaranan nəfəs darlığı diqqətdən kənarda qalmamalıdır.

Professor  bildirib ki, XOAX-ın əsas risk faktorlarından biri siqaret çəkməkdir. Bununla yanaşı, uzun müddət toz, tüstü və müxtəlif zərərli kimyəvi maddələrə məruz qalmaq da xəstəliyin yaranma riskini artıra bilər.

XOAX tam sağalmasa da, xəstəliyin erkən mərhələdə aşkarlanması və düzgün müalicə ilə onun gedişinə nəzarət etmək, simptomları azaltmaq və həyat keyfiyyətini qorumaq mümkündür. Bu baxımdan xəstəliyin ilkin əlamətlərinə laqeyd yanaşmamaq və vaxtında mütəxəssisə müraciət etmək mühüm əhəmiyyət daşıyır.

Əgər uzun müddətdir öskürək, bəlğəm ifrazı və ya xüsusilə hərəkət zamanı nəfəs darlığı müşahidə edirsinizsə, bunu adi hal kimi qəbul etməyin. Pulmonoloq müayinəsi və zərurət yarandıqda ağciyər funksiyasının qiymətləndirilməsi bu əlamətlərin səbəbinin müəyyənləşdirilməsinə və düzgün müalicə yanaşmasının seçilməsinə kömək edə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır