Zaqatala Rayon Mərkəzi Xəstəxanasında fizioterapevtik və reabilitasiya kabinetlərinin açılışı olub
09.09.2023 13:10

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeni fizioterapevtik və reabilitasiya kabinetlərinin açılışı olub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Kabinetlərin açılışında TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, TƏBİB-in Tibbi xidmətlərin təşkili departamenti, İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı iştirak ediblər.

 

Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşlarda xəstəliyin verdiyi fəsadların qarşısının alınmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

 

Daha sonra müxtəlif profilli 145 həkimin iştirakı ilə konfrans keçirilib. Konfransın açılışında TƏBİB-in fizioterapiya və reabilitasiya işçi qrupunun üzvü Dr. Nəzir Rzalı fizioterapevtik kabinetdə pasiyentlərin qəbulunu həyata keçirib.

 

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov və TƏBİB-in Tibbi xidmətlərin təşkili departamenti, İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr.Tamara Nurəliyeva vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərin davam edəcəyini bildiriblər.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 2023-cü il üzrə Assosiasiyanın dövlət səhiyyə qurumları ilə birgə əməkdaşlıq nəticəsində müalicənin keyfiyyətinin artırılması haqda və gələcək perspektivlər barədə çıxış edib.

 

Sonda Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı Mərkəzin imkanları haqda məlumat verib, fizioterapiyanın müxtəlif xəstəliklərin müalicəsində vacib rol oynadığını vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır