Bakı və Xankəndi şəhərlərində tibbin müxtəlif sahələrini əhatə edən regional konqreslər keçirilib  
12.05.2026 16:28

TƏBİB-in dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakı və Xankəndi şəhərlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin II Milli Konqresi, XIII Avrasiya Tibb Konqresi, Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin (ELSA) II Bakı Konfransı, Beynəlxalq Bariatrik Klubun (IBC) Bakı Sammiti, həmçinin Cərrahiyyə üzrə Tibb Bacılarının III Konqresi və XIV Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, tədbirlərdə TƏBİB-in İcraçı direktorunun müşaviri Bahadur Rzayev, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, “Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Vəqfi”nin İdarə Heyətinin üzvü Necmeddin Bilal Erdoğan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qarabağ Universitetinin Klinikasının Baş direktoru Samir Babayev, həmçinin Türkiyə, Almaniya, Özbəkistan, Yaponiya, Malayziya, İndoneziya, Sinqapur, Koreya, Hindistan, Pakistan kimi 15-dən çox ölkədən dəvət olunan 80-ə yaxın beynəlxalq ekspert və 70 nəfər yerli mütəxəssis iştirak edib.

 

Açılış tədbirində Bakı şəhərində fəaliyyət göstərən 10-dan çox tibb müəssisəsində icra olunan 15-dən artıq cərrahi əməliyyat konqres zalına canlı translyasiya edilib. Bununla yanaşı, 200-ə yaxın iştirakçının qatıldığı və minimal invaziv, laparoskopik, robotik və digər müasir cərrahi yanaşmalar kimi 15 müxtəlif ixtisas üzrə praktiki treninqlər və ustad dərsləri təşkil olunub.

 

Konqreslər çərçivəsində 20-dən çox plenar iclas təşkil edilib, minimal invaziv cərrahiyyə, laparoskopiya, robotik texnologiyalar, ginekologiya, plastik və rekonstruktiv cərrahiyyə, invaziv radiologiya, otorinolarinqologiya, tibb tarixi və səhiyyənin digər mühüm sahələrini əhatə edən mövzular müzakirə edilib.

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirlərin elmi panellərində İngiltərənin Oksford Universitetinin təsisçisi olduğu Beynəlxalq Bariatrik Klubun Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti ilə birgə Sammiti də baş tutub. Sammit çərçivəsində Özbəkistan Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlərin iştirakı ilə Özbəkistan-Azərbaycan sessiyasında iki ölkə arasında tibb sahəsinin inkişafı, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Qarabağ Universitetində baş tutan bağlanış mərasimində ölkəmizdə səhiyyə sahəsinin inkişafı, tibb təhsilinin beynəlxalq əməkdaşlığı, iştirakçı ölkələrin tibb təhsilinin Azərbaycanın təhsil sisteminə inteqrasiyası və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub