Azərbaycan Tibb Universitetində Pakistan İslam Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
27.11.2026 10:52

Azərbaycan Tibb Universitetində (ATU) Pakistan Baş Nazirinin Gənclər Proqramının (PMYP) Baş direktoru Dr. Syed Shahbaz Hussainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə gənclərin məşğulluğu, peşəkar inkişafı, eləcə də tibb təhsili və gənclər siyasəti sahələrində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.

 

ATU-nun prorektorları — Təlim-tərbiyə işləri üzrə prorektor Mahir Səfərov və Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayevin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan yaxın münasibətlər xüsusi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən elm, təhsil və səhiyyə istiqamətlərində əlaqələr uğurla inkişaf edir.

 

Görüş zamanı ATU-nun müasir tədris sistemi, beynəlxalq əlaqələri, universitetdə təhsil alan əcnəbi, o cümlədən pakistanlı tələbələr üçün yaradılan şərait barədə qonaqlara ətraflı məlumat verilib. Həmçinin, pakistanlı tələbələrin tədris prosesində və ali məktəbin ictimai-mədəni həyatındakı yüksək fəallığı xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, ATU-nun Pakistanın aparıcı tibb ali təhsil müəssisələri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl işlər aparılır, eyni zamanda müxtəlif fənlər üzrə birgə tədris və akademik əməkdaşlıq sahəsində zəngin təcrübə mövcuddur.

 

Bununla yanaşı, tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları da vurğulanaraq, xüsusən universitetin Data-analitika və Süni İntellekt Laboratoriyası, buradakı innovativ texnoloji imkanlar, eləcə də tibbi tədqiqatlara süni intellektin inteqrasiyası üzrə aparılan işlər və gələcək hədəflər barədə qonaqlara geniş təqdimat edilib.

 

Öz növbəsində Dr. Syed Shahbaz Hussain səmimi qəbula görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi proqramın fəaliyyət istiqamətlərindən danışıb və tələbə-gənclər mübadiləsi, birgə layihələrin icrası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

 

Görüş tərəflər arasında potensial əməkdaşlıq istiqamətlərinin, xüsusilə innovasiya, tibbi texnologiyalar və akademik mübadilə sahələrində yeni təşəbbüslərin müzakirəsi ilə yekunlaşıb.

 
 
 

 

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şəfa görmək istəyən Naftalana gəlsin   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri