Hepatit virusları ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin təşviqi məqsədilə Şahbuz RMX-da görüş keçirilib
24.07.2025 11:34
Hepatit virusları ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin təşviqi məqsədilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında növbəti maarifləndirici görüş keçirilib.
 
Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, tədbirin əsas məqsədi əhalinin hepatit xəstəlikləri barədə məlumatlılığını artırmaq, yoluxma yolları və qorunma üsulları barədə geniş ictimaiyyətə məlumat vermək olub.
 
Tədbiri giriş sözü ilə xəstəxananın baş həkim vəzifəsini müvəqqəti icra edən Məhsəti Allahyarova açaraq, mövzunun əhəmiyyətindən danışıb.
 
Daha sonra Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Abbas Əliyev və Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Leyla Əsgərova çıxış edərək hepatit viruslarının növləri, ötürülmə yolları, diaqnostikası, müalicə üsulları və profilaktik tədbirlər haqqında ətraflı təqdimatlarla çıxış ediblər.
 
Mütəxəssislər qeyd ediblər ki, vaxtında aparılan diaqnostika və düzgün müalicə hepatit xəstəliklərinin ağırlaşmasının qarşısını ala bilər. Bununla yanaşı, peyvəndləmə və sağlam həyat tərzi infeksiyalardan qorunmada mühüm rol oynayır.
 
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev