Sidik axarlarında yaranmış ciddi darlıqların aradan qaldırılması məqsədilə mürəkkəb rekonstruktiv əməliyyat icra olunub
28.11.2026 14:45
Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı Vasif İsmayıl tərəfindən sidik axarlarında (ureterlərdə) yaranmış ciddi darlıqların aradan qaldırılması məqsədilə mürəkkəb rekonstruktiv əməliyyat həyata keçirilib.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, xəstədə bir neçə il əvvəl keçirdiyi ginekoloji əməliyyatdan sonra həm sağ, həm də sol sidik axarında darlıqlar yaranıb. Müayinələr zamanı sol sidik axarındakı darlıqdan keçmək mümkün olsa da, sağ tərəfdəki darlıq ciddi xarakter daşıyıb və keçilməz olub.
 
Cərrahi müdaxilə zamanı sağ sidik axarı ətraf toxumalardan ayrılaraq sərbəstləşdirilib və həmin nahiyədə ciddi daralma olduğu təsdiqlənib. Ehtimal olunan əvvəlki cərrahi zədələnmə nəticəsində yaranmış problemin aradan qaldırılması üçün sidik kisəsi açılaraq sağ sidik axarı yenidən sidik kisəsinə birləşdirilib (ureterosistoneostomiya).
 
Texniki baxımdan mürəkkəb olan bu rekonstruktiv əməliyyat uğurla icra olunub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb