Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025 16:06

Bərdə rayonunda “İlkin tibbi-sanitariya yardımı: mövcud vəziyyət, çağırışlar və imkanlar” mövzusunda Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin səyyar iclası keçirilib.

 

İclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və komitə üzvləri, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, həmçinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov iştirak edib.

 

Bu barədə Aztibb.az TƏBİB-ə istinadla xəbər verir.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Bərdə rayonunda yerləşən abidəsi ziyarət edilib. Daha sonra Bərdə rayonunun Qaradəmirçi Kənd Həkim Məntəqəsi və 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilib. Burada yaradılan şərait, vətəndaşlara göstərilən tibbi xidmətlərlə tanışlıq olub.

 

Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə aparılan səhiyyə siyasəti, son dövrlərdə səhiyyə sahəsində aparılan uğurlu islahatlar və ilkin tibbi-sanitariya yardımının önəmi barədə məlumat verib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilkin səhiyyə xidmətinin icbari tibbi sığorta sistemindəki yeri və bu xidmətlərin prioritet istiqamətlərdən biri olması barədə danışıb. O qeyd edib ki, əhalinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanaraq qarşısının alınması, həmçinin sığorta fondunun səmərəli istifadəsi baxımından ilkin səhiyyə xidmətlərinin rolu danılmazdır.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, ilkin səhiyyə xidməti tibb sahəsində mühüm əhəmiyyətə malikdir. O qeyd edib ki, insan mərkəzli xidmətin qurulması və ilkin səhiyyə xidmətlərinin effektiv təşkili tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xidmətlərə bərabər əlçatanlığın təmin olunması və maliyyə resurslarının səmərəli istifadəsi baxımından mühüm rol oynayır.

 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov rayonda ilkin səhiyyə xidməti və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, bununla yanaşı, cari ilin yanvar ayından etibarən tibb işçilərinin təlimlərə cəlb edilməsi, ilkin səhiyyə şəbəkəsinin optimallaşdırılması, coğrafi təhkimolunmanın tamamlandığını, ilkin səhiyyə müəssisələrinin modul tipli yeni məntəqələrlə əvəzlənməsi prosesindən danışıb.

 

TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova ilkin tibbi-sanitariya yardımı üzrə normativ hüquqi bazanın olmasının önəmi, eyni zamanda mövcud vəziyyət, qarşılaşılan çətinliklər və təkliflər barədə məlumat verib.

 

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı ilkin səhiyyə xidmətinə konseptual baxış, TƏBİB-in bu istiqamətdə gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. R.Çobanlı həmçinin infrastruktur, kadr potensialının gücləndirilməsi, rəqəmsal həllərin tətbiqi, tibbi xidmətlərin çeşidinin artırılması, infrastruktur planlamasından danışıb.

 

İclasın yekununda millət vəkillərinin rəy və təklifləri dinlənilib, səsləndirilən suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub