Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.
Bildirilib ki, "Sağlam qadın, sağlam müəllim, sağlam gələcək!" şüarı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, yerli icra hakimiyyətinin, TƏBİB-in, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının, eləcə də aidiyyəti dövlət qurumları və həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində sağlam həyat tərzi, qadınların sosial rifahı və profilaktik tədbirlərin əhəmiyyəti, eləcə də süd vəzi xərçənginin erkən diaqnostikası və müalicəsi ilə bağlı panel müzakirəsi keçirilib. Mütəxəssislər mövzu ətrafında çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırıb, erkən müayinənin əhəmiyyəti və xəstəliyin qarşısının alınması istiqamətində maarifləndirici məlumatlar veriblər.

