Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
26.11.2026 14:53

Həkim mama-ginekoloq Ulduz Əfəndiyeva Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində fəaliyyətə başlayıb.

 

Bu barədə Aztibb.az-a xəstəxanadan bildirilib.

 

Qeyd olunub ki, Ulduz Niyazi qızı Əfəndiyeva 2 noyabr 1963-cü ildə Qəbələ şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1987-ci ildə ali təhsilini başa vurub.

 

O, 1987–1998-ci illərdə Qəbələ şəhər Mərkəzi Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışıb.

 

1998–2002-ci illərdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Kral Abduləziz Xəstəxanasında rezident mama-ginekoloq, 2002–2007-ci illərdə isə uzman mama-ginekoloq kimi fəaliyyət göstərib.

 

2007–2023-cü illərdə Ciddə şəhərində yerləşən Beynəlxalq Tibb Mərkəzində konsultant mama-ginekoloq vəzifəsində çalışıb.

 

O, Səudiyyə Ərəbistanı Mama-Ginekologiya Cəmiyyətinin üzvüdür.

 

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Şəfa görmək istəyən Naftalana gəlsin   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri