Naxçıvanda “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçirilib  
02.06.2026 12:21
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhərində “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, tədbirdə Səhiyyə Nazirliyinin Vərəmlə Mübarizə üzrə Milli Proqramın rəhbəri, nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının direktoru Rəşid Bədəlov, QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və İnstitutun struktur bölmə rəhbərləri iştirak edib.
 
Konfransın əsas məqsədi tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə yanaşmaları, profilaktik tədbirlər və bu sahədə tətbiq olunan yeniliklərin tibb ictimaiyyətinin diqqətinə çatdırılması olub.
 

Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkədə müasir səhiyyə infrastrukturu formalaşdırılır, ən son tibbi avadanlıqlarla təchiz olunur. O qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının aparıcı mütəxəssislərinin Naxçıvana səfərləri artıq ənənə halını alıb.

 

Konfrans çərçivəsində ağciyər xəstəlikləri mövzularında məruzələr təqdim olunub. 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə