Kəlbəcər şəhərində sakinlər üçün səyyar tibbi müayinə təşkil edilib
26.11.2026 12:23

Qarabağın bərpası və yenidən qurulması proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan sakinlərin sosial və tibbi xidmətlərdən rahat yararlanması daim diqqət mərkəzindədir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, bu istiqamətdə Kəlbəcər şəhərində yaşayan əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması və tibbi xidmətlərin sakinlərə yaşadıqları ərazidə göstərilməsi məqsədilə səyyar tibbi müayinələr keçirilib. Müayinələr Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri tərəfindən icra edilib.

 

Şəhər sakinləri, o cümlədən 0–18 yaşlı uşaqlar müayinələrlə əhatə olunub. 

 

Əhali arasında həyata keçirilən patronaj tədbirləri çərçivəsində isə 9 ailədən 35 nəfər qeydiyyata alınıb.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Şəfa görmək istəyən Naftalana gəlsin   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri