ATU və AzPA-nın birgə təşkilatçılığı ilə Qarabağ Universitetində ilk irimiqyaslı elmi-tibbi konqres keçirilib
16.06.2026 13:46

Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Psixiatriya Assosiasiyasının birgə təşkilatçılığı ilə Qarabağ Universitetində (QU) ilk irimiqyaslı elmi-tibbi konqres keçirilib.  

 

Universitetdən Aztibb.az-a bildirilib ki, QU-nun da təşkilati dəstək verdiyi Azərbaycan Psixiatriya Assosiasiyasının VIII Elmi və Hesabat-Seçki Konqresinə ölkənin müxtəlif bölgələrini təmsil edən psixiatr, narkoloq, professor, dosent, tibb müəssisələrinin rəhbərləri, gənc mütəxəssis və rezidentlər qatılıb.

 

Konqres müasir psixiatriyanın aktual problemləri, psixi sağlamlığın qorunması, müharibə və travmanın psixi nəticələri, uşaq və yeniyetmə psixiatriyası, asılılıq problemləri, reabilitasiya və innovativ müalicə yanaşmalarına həsr olunub.

 

Konqresin təşkili və elmi proqramının həyata keçirilməsində Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professor, dosent və müəllimlərdən ibarət 12 əməkdaşı xüsusi fəallıq göstərib, elmi məruzələrlə çıxış edıb və geniş peşəkar müzakirələr aparıblar.

 

Elmi-tibbi konqres çərçivəsində keçirilən AzPA-nın VIII Hesabat-Seçki iclasında Assosiasiyanın Nizamnaməsinə dəyişikliklər edilib, 25 nəfərlik Şura (Plenum), Təftiş-Nəzarət Komitəsi və Etika Komitəsi seçilib.

 

Tədbir Qarabağda elmi mühitin inkişafı, tibb elminin inteqrasiyası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub