Professor Şəymən Qədimova tərəfindən 43 yaşlı qadın pasiyentə total laparoskopik histerektomiya əməliyyatı icra olunub
28.11.2026 10:33

ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah-mama-ginekoloqu, professor Şəymən Qədimova tərəfindən 43 yaşlı qadın pasiyentə total laparoskopik histerektomiya əməliyyatı icra olunub.

 

Aztibb.az-ın xəbərinə görə, iki uşaq anası olan pasiyent son bir il ərzində uşaqlıq qanaxmalarından şikayət edib. Son 2-3 ayda qanaxmaların intensivləşməsi, demək olar ki, fasiləsiz xarakter alması, aparılan müayinələr və endometrium biopsiyasının nəticəsində hiperplaziyanın aşkarlanması cərrahi müdaxiləyə qərar verilməsinə səbəb olub.

Pasiyentin 10 il əvvəl sağ yumurtalığı xaric edildiyindən, yaşı nəzərə alınaraq əməliyyat zamanı sol yumurtalığın saxlanılması məqsədəuyğun hesab edilib. Müdaxilə nəticəsində uşaqlıq, uşaqlıq boynu və hər iki uşaqlıq borusu xaric edilib, sağlam sol yumurtalıq qorunub. Təxminən 1 saat 20 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb.

 

Professor Ş.Qədimovanın sözlərinə görə, total histerektomiya ginekologiyada mürəkkəb cərrahi müdaxilələrdən biri hesab olunur və laparoskopik üsulla orta hesabla 1-1,5 saat ərzində icra edilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb