İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
26.11.2026 13:40

Alimlər amputasiyadan sonra itirilmiş ətrafların yenidən formalaşmasına imkan yarada biləcək CYP26B1 adlı geni müəyyən ediblər.

Aztibb.az "Medical media" nəşrinə istinadən yazır ki, bu gen təbiətdə qeyri-adi regenerasiya (toxumaların yenidən bərpası) qabiliyyəti ilə tanınan aksolotllarda aktivdir və kök hüceyrələrə bir növ «hüceyrə xəritəçisi» kimi istiqamət verir. O, zədələnmiş nahiyədə hansı hüceyrələrin dəriyə, hansılarının əzələ və ya sümük toxumasına çevriləcəyini müəyyənləşdirməyə kömək edir. Beləliklə, toxumaların düzgün ardıcıllıqla və nizamlı şəkildə yenidən formalaşmasında iştirak edir.

Daha maraqlısı odur ki, laboratoriya şəraitində insan kök hüceyrələri ilə aparılan təcrübələrdə də ümidverici nəticələr əldə olunub. Tədqiqatçılar CYP26B1 genini aktivləşdirdikdə hüceyrələrin nizamsız şəkildə çoxalmaq əvəzinə müəyyən toxuma növlərinə istiqamətləndiyini müşahidə ediblər.

Bu kəşf regenerativ təbabətdə yeni tədqiqat istiqamətlərinin yaranmasına təkan verə bilər. Gələcəkdə əldə olunacaq elmi nəticələr itirilmiş ətrafların yenidən bərpası istiqamətində yeni müalicə yanaşmalarının hazırlanmasına imkan yarada bilər.

Bəlkə də bir gün itirilmiş ətrafların yenidən yetişdirilməsi yalnız elmi fantastika nümunəsi olmayacaq, tibbin real nailiyyətlərindən birinə çevriləcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Şəfa görmək istəyən Naftalana gəlsin   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri