Qubada akademik Əziz Əliyevin 130 illik yubileyi qeyd olunub
23.11.2026 10:27
Quba şəhərində görkəmli dövlət və elm xadimi, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
 
Bu barədə Aztibb.az-a Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan xəbər verilib.
 
Bildirilib ki, konfransın elmi proqramı müasir tibbin müxtəlif istiqamətlərini, elmi nailiyyətləri və klinik yenilikləri əhatə edib.
 
Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müvafiq kafedralarını təmsil edən mütəxəssislər tərəfindən müxtəlif ixtisas sahələri üzrə elmi məruzələr təqdim olunub.
 
Təqdimatlarda müasir diaqnostika və müalicə metodları, tibbi texnologiyaların tətbiqi, klinik praktikada qabaqcıl yanaşmalar və tibb elminin aktual məsələləri diqqətə çatdırılıb. Məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçılar arasında elmi və peşəkar fikir mübadiləsi baş tutub.
 
Elmi-praktik konfrans həkimlərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, müasir tibbi yeniliklərin praktikaya inteqrasiyası və müxtəlif ixtisas sahələri üzrə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
 
Tədbir akademik Əziz Əliyevin zəngin elmi-pedaqoji irsinin təbliği ilə yanaşı, müasir tibb elminin nailiyyətlərinin səhiyyə mütəxəssisləri arasında paylaşılmasına da töhfə verib.
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri