Naxçıvanda “Baş ağrıları və dorsalgiyalar: müasir yanaşmalar” mövzusunda I Regional Konfrans keçirilib
29.09.2026 16:24

Naxçıvanda Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin I Regional Konfransı keçirilib.

 

“Baş ağrıları və dorsalgiyalar: müasir yanaşmalar” mövzusuna həsr olunan konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirin açılışında Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxış edib. Çıxışda ölkədə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, bu siyasətin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasında da tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, əhalinin profilaktik müayinələrə cəlb olunması, müxtəlif tibbi aksiyaların və profilaktik tədbirlərin təşkili, eləcə də tibb işçilərinin peşəkar inkişafının təmin olunması istiqamətində mühüm işlər görülür.

 

Çıxışda tibbi kadrların davamlı peşəkar inkişafının səhiyyənin əsas prioritetlərindən biri olduğu vurğulanıb. Bu baxımdan Naxçıvanda orta tibb ixtisaslı şəxslər üçün keçirilən sertifikasiya imtahanında 263 nəfərin iştirak etdiyi, onlardan 215 nəfərin uğur qazanaraq 81,7 faizlik nəticə göstərdiyi diqqətə çatdırılıb. Bu göstəricinin tibb işçilərinin peşə hazırlığının inkişafı baxımından mühüm nəticə olduğu bildirilib.

 

Daha sonra AMMİB-in həmtəsisçisi, professor Sədaqət Hüseynova və AMMİB-in sədri, doktor Sərxan Əmirquliyev çıxış edərək konfransın əhəmiyyətindən, baş ağrıları və dorsalgiyaların diaqnostika vəmüalicəsində müasir yanaşmaların tətbiqindən, eləcə dəmütəxəssislər arasında təcrübə və bilik mübadiləsinin vacibliyindən danışıblar.

 

Tədbirin elmi hissəsi üç sessiya üzrə davam etdirilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Konfransda 100-dən artıq həkim və həkim-rezident iştirak edib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və iştirakçılara 7 kredit balı verilib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Oromandibulyar distoniya nədir?