Bu xəstəlik qaraciyər sirrozu və hepatit B-nin ağırlaşmasıdır
01.05.2021 13:01

Qaraciyərin bədxassəli şişi adətən qaraciyərin sirroz xəstəliyi və hepatit B-nin ağırlaşmasıdır. Bu xəstəlik birincili və ikincili olur. Birincili bədxassəli şiş toxuması qaraciyərin tamamilə özünün xəstəliyi kimi qiymətləndirilir. İkincili olduqda isə bədxassəli şiş toxuması mədə, yoğun bağırsaq, ağciyərlər və digər orqanların metastazı kimi meydana çıxır.


Aztibb.az tibbi mənbələrə istinadən xəbər verir ki, qaraciyərin bədxassəli şişinə ən çox metastaz formada rast gəlinir. 

 

Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:


Arıqlama - Xəstə hər gün yediyi yeməyi qəbul edir, amma sürətlə arıqlayır.


Qarında şişkinlik - Şişkinlik qaraciyərin böyüməsi və həzmin getməməsi səbəbindən olur.


Sarılıq - Sarılığın əmələ gəlməsinə ödün bağırsağa deyil, qan vasitəsilə toxumalara yayılmasıdır.


Dəridə qaşıntı - Öd duzlarının qan vasitəsilə toxumalara yayılması səbəbindən baş verir.


Qaraciyərin iltihablaşması - Öd axarlarının tutulması və hemolitik anemiya səbəbindən əmələ gəlir.


Bunlardan başqa qaraciyər xərçəngi xəstədə bəzi başqa əlamətlərlə özünü göstərə bilir:


- sağ qabırğa altında ağrı;
- ürəkbulanma;
- qarında xoşagəlməz hissiyat;
- qarında köpmə hissi;
- halsızlıq;
- zəiflik;
- qusma;
- temperatur.


Xəstəliyin əmələgəlmə səbəbi tibb elminə hələ də məlum deyil. Amma qaraciyər sirrozu, həddindən artıq spirtli içki qəbulu və bəzi hepatit növlərinin xəstəliyin əmələ gəlməsində risk faktoru olduğu danılmır. Hər 3 qaraciyər xərçəngi xəstəsindən 1-nin xroniki spirtli içki qəbul etdiyi öz təsdiqini tapmışdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev