Laktoza dözümsüzlüyü özünü necə göstərir? Cərrahdan vacib açıqlama
29.06.2026 11:59

Laktoza dözümsüzlüyü süd və süd məhsullarının tərkibində olan laktozanın orqanizmdə kifayət qədər həzm olunmaması nəticəsində yaranan geniş yayılmış həzm pozğunluqlarından biridir.

 

Aztibb.az xəbər verir ki, ümumi cərrah, proktoloq və endoskopist Anar Əliyevin sözlərinə görə, bu vəziyyət orqanizmdə laktozanı parçalayan laktaza fermentinin çatışmazlığı ilə əlaqədardır və nəticədə laktoza bağırsaqlarda tam həzm olunmur: "Bu zaman qarında köp və şişkinlik, qarın ağrısı, qaz yaranması, ishal və xüsusilə süd və süd məhsullarının qəbulundan sonra narahatlıq hissi meydana çıxa bilər".

 

Həkim bildirir ki, bu əlamətlər digər həzm sistemi xəstəlikləri ilə oxşarlıq təşkil etdiyindən düzgün diaqnozun qoyulması üçün müayinə və zərurət yarandıqda əlavə testlərin aparılması vacibdir.

 

"Müalicənin əsasını qidalanmanın fərdiləşdirilməsi, laktoza tərkibli məhsulların qəbuluna nəzarət edilməsi və ehtiyac olduqda laktozasız alternativlərdən istifadə təşkil edir. Mütəmadi olaraq köp, qarın ağrısı və ya ishal kimi şikayətləri olan şəxslər vaxt itirmədən mütəxəssisə müraciət etməli və problemin səbəbi dəqiq müəyyənləşdirilməlidir", - deyə ekspert vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub