Melioidozun əlamətləri və müalicəsi - Hansı hallar bu xəstəliyi daha həssas edir
29.06.2026 10:21

Mütəxəssislər melioidoz infeksiyasının bəzi insanlarda heç bir əlamət vermədən və ya yüngül simptomlarla keçə biləcəyini bildirirlər.

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki, bu mənada şəkərli diabet, alkoqol asılılığı, immunçatışmazlıq, o cümlədən İİV infeksiyası və böyrək xəstəlikləri olan şəxslər bu infeksiyaya qarşı daha həssas hesab olunurlar.

 

Qeyd olunur ki, melioidoz insandan insana və ya xəstə heyvanla təmas nəticəsində yoluxmur. İnfeksiya əsasən torpaq vasitəsilə orqanizmə daxil olur.

 

Belə olduqda xəstəliyin diaqnostikası çətin ola bilər, çünki onun əlamətləri bir sıra digər infeksion xəstəliklərlə oxşarlıq təşkil edir. Bu səbəbdən həkimə son vaxtlar xarici ölkələrə səfər edilməsi barədə məlumat vermək düzgün diaqnozun daha tez qoyulmasına kömək edə bilər.

 

Melioidoz antibiotiklərlə müalicə olunan xəstəlikdir. Müalicənin ilk mərhələsində 2–3 həftə ərzində inyeksiya şəklində antibiotiklər tətbiq edilir, daha sonra isə xəstəyə 3–6 ay müddətində antibiotik tabletləri təyin olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır