Tanınmış akademik sağlam həyat üçün əsas vərdişlərini açıqlayıb
28.06.2026 13:38

Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya sağlamlığın qorunması və yüksək iş qabiliyyətinin saxlanılması üçün vacib hesab etdiyi gündəlik vərdişləri açıqlayıb.

Aztibb.az xəbnər verir ki, alim "RIA Novosti" agentliyinə müsahibəsində bildirib ki, sağlam həyatın əsas prinsiplərindən biri hər gün eyni vaxtda yatıb eyni vaxtda oyanmağa çalışmaqdır.

"Qısaca desəm, insan hər gün eyni saatda yatmalı və eyni saatda oyanmalıdır. Heç olmasa buna çalışmalıdır. Məsələn, mən uzun illərdir ki, iş günlərində hər səhər saat 06:22-də oyanıram. Bu artıq vərdişə çevrilib. Amma həftə sonları saat 09:00–09:30 radələrində dururam. İmkan olanda bir qədər çox yatmağı sevirəm", – deyə akademik bildirib.

Onun sözlərinə görə, əksər insanlar üçün optimal yuxu müddəti ən azı səkkiz saatdır. O qeyd edib ki, bəzi nadir hallarda insanlar dörd saat yuxu ilə kifayətlənə bilsələr də, bu, tipik hal hesab olunmur.

Akademik yuxunun orqanizmin bərpasındakı roluna xüsusi diqqət çəkərək onu beynin daxili "təmizlənmə" prosesi ilə müqayisə edib. Onun sözlərinə görə, yuxu çatışmazlığı insanın həm əmək məhsuldarlığını, həm də ümumi sağlamlıq vəziyyətini mənfi təsir altına salır.

Leo Bokeriya sağlam həyat tərzi üçün duz və şəkərin qəbulunun normada saxlanılmasını, gündəlik qidalanmada meyvə və tərəvəzlərin payının artırılmasını, həmçinin spirtli içkilərdən həddindən artıq istifadədən çəkinməyi tövsiyə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır