Alimlər uzunömürlülüyün niyə sağlam qocalmanı təmin etmədiyini izah ediblər
01.07.2026 08:32

İnsanlar tarixdə heç vaxt olmadığı qədər uzun yaşayırlar. Lakin ömür uzunluğunun artması həmişə sağlam qocalma demək deyil. Alimlər bunun səbəbini təkamüldə mövcud olan "seçmənin kölgəsi" (shadow of selection) nəzəriyyəsi ilə izah edirlər.

 

Aztibb.az "Nature Reviews Genetics" jurnalında dərc olunan məqləyə istinadən yazır ki, təkamül genetikləri Handan Melike Dönərtaş və Linda Partric tərəfindən aparılan araşdırmada böyük genetik məlumat bazaları təhlil edilib. Tədqiqat göstərir ki, təbii seçmə əsasən reproduktiv yaş dövrünə təsir göstərir. İnsan övlad sahibi olduqdan sonra isə sonrakı yaşlarda ortaya çıxan zərərli genetik dəyişikliklər təkamül tərəfindən kifayət qədər aradan qaldırılmır.

 

Bu səbəbdən gənclik dövründə faydalı olan, lakin yaşlandıqca müxtəlif xəstəliklərin riskini artıran genlər nəsildən-nəslə ötürülə bilir. Məsələn, reproduktiv yaşda üstünlük verən, lakin sonrakı illərdə xərçəng riskini artıran genetik xüsusiyyətlər təkamül baxımından "məqbul kompromis" hesab olunur.

 

Tədqiqatçılar yüz minlərlə insanın məlumatlarını əhatə edən araşdırmaları təhlil edərək yaşlı dövrdə təbii seçmənin zəiflədiyini təsdiqləyən sübutlar aşkar ediblər.

 

Alimlər həmçinin uzunömürlü bəzi heyvan növlərini, o cümlədən çılpaq köstəbək-siçanını araşdırıblar. Onların yaşlanmanı ləngidən bioloji mexanizmlərinin öyrənilməsi gələcəkdə insanlarda sağlam qocalma və yaşla əlaqəli xəstəliklərin qarşısının alınması üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır