Həkim yay allergiyasından qorunma yollarını açıqlayıb
30.06.2026 10:29

Allerqoloq Lüdmila Maxovanın sözlərinə görə, yay aylarında ən çox rast gəlinən allergik problemlər pollinoz (bitki tozcuqlarına allergiya) və fotodermatitdir.

 

Aztibb.az "Actualnews"a istinadən yazır ki, həkim sözlərinə görə, pollinoz çəmən və alaq otlarının çiçəkləmə dövründə meydana çıxır. Fotodermatit isə ultrabənövşəyi şüaların təsiri nəticəsində yaranaraq dəridə qızartı, qaşınma və səpkilərlə özünü göstərir. Bu səbəbdən günəşin ən güclü olduğu saatlarda açıq havada uzun müddət qalmamaq, qapalı geyimlərdən və yüksək SPF-li günəş qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.

 

Mütəxəssis vurğulayıb ki, allergiyanın kəskinləşmə riskini azaltmaq üçün həkim tərəfindən əvvəlcədən təyin olunan müalicəyə riayət etmək və səfərləri bitkilərin çiçəkləmə təqviminə uyğun planlaşdırmaq vacibdir. Onun sözlərinə görə, ən effektiv müalicə üsulu allergen-spesifik immunoterapiyadır və bu müalicəyə çiçəkləmə mövsümündən bir neçə ay əvvəl başlamaq lazımdır.

 

Həkim çarpaz allergiya barədə də xəbərdarlıq edib. Belə ki, alaq otlarının tozcuqlarına allergiyası olan şəxslər qarpız, yemiş, xiyar və pomidoru, ağcaqayın tozcuqlarına allergiyası olanlar isə çiy alma, ərik, albalı və digər çəyirdəkli meyvələri ehtiyatla qəbul etməlidirlər.

 

Bundan əlavə, çiyələk, meşə çiyələyi, papaya, ananas və sitrus meyvələri kimi histaminlə zəngin qidaların həddindən artıq qəbulu dəri və mədə-bağırsaq reaksiyalarını gücləndirə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub