Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
22.06.2026 15:30
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyentdə bud sümüyünün (femur) yuxarı üçdə bir hissəsində aşkarlanan patoloji sümük qistası ilə bağlı uğurlu cərrahi əməliyyat icra olunub.
 
Bu barədə Aztibb.az-a Tədris Cərrahiyyə Klinikasından məlumat verilib.
 
Bildirilib ki, əməliyyat ATU-nun Travmatologiya və ortopediya üzrə mütəxəssisi, assistent Aslan Məmmədov tərəfindən həyata keçirilib.
Mütəxəssisin sözlərinə görə, pasiyentdə travmadan sonra sümük toxumasında yaranmış patoloji dəyişikliklər nəticəsində sümük kistası formalaşıb. Aparılan klinik və radioloji müayinələr zamanı bud sümüyünün proksimal hissəsində sümük strukturunu zəiflədən patoloji törəmə aşkarlanıb.
 
Cərrahi müdaxilə zamanı kista tam şəkildə kürete edilərək (təmizlənərək) xaric olunub, yaranmış sümük defekti isə sümük qrefti ilə bərpa edilib. Əməliyyatın əsas məqsədi sümüyün anatomik bütövlüyünü bərpa etmək və gələcəkdə yarana biləcək patoloji sınıq riskinin qarşısını almaq olub.
 
Əməliyyat zamanı götürülən patoloji material histoloji müayinəyə göndərilib. Müayinənin nəticələrinə əsasən sonrakı müalicə taktikası müəyyən ediləcək. İlkin ehtimallara görə, törəmənin xoşxassəli olduğu düşünülür.
 
Assistent Aslan Məmmədov qeyd edib ki, əməliyyatdan sonrakı mərhələdə sümük toxumasının bərpası tamamlandıqdan sonra pasiyent aktiv fizioterapiya və reabilitasiya proqramına cəlb olunacaq. Reabilitasiya prosesi ətrafın funksional hərəkət qabiliyyətinin bərpası, əzələ gücünün artırılması və normal yeriş funksiyasının yenidən formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır