Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib  
26.06.2026 13:09
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında və tabeliyində fəaliyyət göstərən tibb məntəqələrində yanğın təhlükəsizliyi və təxliyə qaydalarına həsr olunmuş növbəti maarifləndirici təlim təşkil edilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlim Əməyin mühafizəsi üzrə mütəxəssis tərəfindən keçirilərək əməkdaşlara yanğın təhlükəsizliyi qaydaları, yanğınların başvermə səbəbləri, onların qarşısının alınması üsulları, təxliyə prosedurları və fövqəladə hallar zamanı düzgün davranış prinsipləri barədə ətraflı məlumat verilib.
 
Tədbir çərçivəsində tibb işçilərinə yanğınsöndürmə vasitələrinin növləri, təyinatı və istifadə qaydaları izah olunub, yanğın zamanı operativ və düzgün müdaxilə üsulları nümayiş etdirilib. Eyni zamanda, odsöndürən balonlardan istifadə qaydaları əyani şəkildə göstərilərək praktiki məşğələ keçirilib.
 
Təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, fövqəladə hallar zamanı təhlükəsiz təxliyənin təmin edilməsi və çevik qərarvermə vərdişlərinin formalaşdırılması olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır