Azərbaycanda transplantasiyanın tarixi  
30.06.2026 09:13
Azərbaycanda transplantologiyanın inkişafı XX əsrin ikinci yarısından başlayıb.
 
Aztibb.az xəbər verir ki, ilk dövrlərdə orqan və toxuma transplantasiyası əsasən elmi-tədqiqat və eksperimental xarakter daşıyırdı. 1970–1980-ci illərdə hemodializ xidmətlərinin yaradılması böyrək transplantasiyasının inkişafı üçün mühüm zəmin yaratdı və həmin dövrdə ölkədə ilk böyrək transplantasiyası əməliyyatları həyata keçirilməyə başlandı.
 
 
Cənubi Qafqaz və Yaxın Şərq regionunda ilk uğurlu böyrək transplantasiyası akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə fəaliyyət göstərən tibbi heyət tərəfindən Azərbaycanda icra olunub.
 
Müstəqillik illərində transplantologiyanın inkişafı daha da sürətləndi. Azərbaycanda ilk uğurlu qaraciyər transplantasiyası 12 dekabr 2008-ci ildə həyata keçirildi.
 
2025-ci il Azərbaycan transplantologiyası tarixində əlamətdar il kimi yadda qaldı. Fevral ayında ölkədə ilk dəfə meyit donordan orqan transplantasiyası uğurla həyata keçirildi. Həmin ilin oktyabr ayında isə Azərbaycanda, eyni zamanda Cənubi Qafqaz regionunda ilk ürək transplantasiyası əməliyyatı uğurla icra olundu.
 
Bu nailiyyətlərin əldə edilməsində beyin ölümü diaqnostikası sisteminin yaradılması, vahid informasiya sisteminin qurulması, tibb işçilərinin hazırlanması, maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, orqan donorluğu və transplantasiya prosesinin koordinasiyasını təmin edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyəti mühüm rol oynadı.
 
Hazırda ölkədə meyit və canlı donorlar vasitəsilə böyrək, qaraciyər, sümük iliyi və digər orqan və toxumaların transplantasiyası uğurla həyata keçirilir. 2027-ci ildən etibarən ağciyər və ürək-ağciyər kompleksi transplantasiyalarının həyata keçirilməsi planlaşdırılır. Müasir tibbi texnologiyaların tətbiqi, yüksəkixtisaslı kadr hazırlığı və dövlət dəstəyi nəticəsində transplantasiya xidmətlərinin əhatə dairəsi və imkanları davamlı olaraq genişlənir.
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
İSİM-in bir qrup işçisi təltif olunub
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Gəncədə 
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Qazaxın Dəmirçilər və Ürkməzli kəndlərində uşaqların immunizasiya statusu qiymətləndirilib
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər