AQTA sədri broyler toyuqları ilə bağlı iddialara aydınlıq gətirdi
01.07.2026 12:15

Azərbaycanda broyler toyuqlarının intensiv yetişdirilməsi prosesində hormonlardan istifadə olunması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli məlumat verib.

 

Qoşqar Təhməzli ölkədə quşçuluq sənayesinin çox böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Sədr bildirib ki, hazırda Azərbaycan quş qripindən azad ölkə statusuna malikdir və bu status quşçuluq məhsullarının dünyanın bir sıra ölkələrinə ixrac edilməsinə geniş imkanlar yaradır.

Ölkəmizin həmçinin ərzaq yumurtasının da ixracını uğurla həyata keçirdiyini qeyd edən AQTA sədri, hesabat dövrü ərzində bu sahədə 100 milyondan çox ərzaqlıq yumurtanın ixrac edildiyini diqqətə çatdırıb.

O, eyni zamanda quşçuluq sənayesindəki son yeniliyi də bölüşüb: “Bu günlərdə Çin Xalq Respublikasının müvafiq qurumları ilə razılıq əldə olunub və Azərbaycanın quşçuluq məhsullarının Çin Xalq Respublikasına da ixracı həyata keçiriləcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır