"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Tibb elmləri doktoru Fuad Qaraqurbanlı
26.06.2026 12:44
"Həkimlərimizi tanıyaq!" rubrikamızda "Funda" Hospitalın həkim-otorinolarinqoloqu, tibb elmləri doktoru Fuad Qaraqurbanlını oxuculara təqdim edirik.
 
Fuad Qaraqurbanlı 1981-1987-ci illərdə N.Nərimanov adına Dövlət Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində Cərrahiyyə ixtisası üzrə təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib.
 
1992-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Kadrların yenidən hazırlanması (ixtisasartırma) üzrə xüsusi fakültədə təhsil alıb. 1990-1993-cü illər də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspirant olub.
 
Dissertasiya işlərini uğurla müdafiə edən Fuad Qaraqurbanlı 1997-ci ildə tibb elmləri namizədi, 2012-ci ildə tibb elmləri doktoru elmi dərəcələrini alıb.
 
O, 1987-1988-ci illərdə Mirqasımov adına Respublika Kliniki Xəstəxanada həkim-intern, 1988-1989-cu illərdə F. Əfəndiyev adına 4 nömrəli Dövlət Xəstəxanasında həkim-LOR, 1989-1990-cı illərdə “Kommuna Park” hövzə poliklinikasında, həkim-LOR, 1999-2000-ci illərdə 19 nömrəli Tibbi-Sosial Müəssisədə həkim-LOR işləyib.  2000-2015-ci illərdə Azərbaycan Respublikası DİN-nin Hospitalında LOR və şöbə müdiri kimi fəaliyyət göstərib.  2016-2020-ci illər ərzində bir neçə özəl klinikalarda çalışıb. 2022-сi ildən “Funda" Hospitalda fəaliyyətini davam etdirir.
 
Fuad Qaraqurbanlı dərc edilmiş 57 əsərin müəllifidir. Onlardan 2-si monoqrafiya, 2-si metodiki tövsiyədir.
 
Həkim Avrasiya və Afrika ölkələrinin Otorinolarinqoloqlar Cəmiyyətinin üzvü və həmsədridir. Həmçinin Azərbaycan Tibb Universitetinin Dissertasiya Müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvüdür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır