Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
23.06.2026 15:12

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirləri davam etdirir.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, bu məqsədlə nazirliyin təşkilatçılığı ilə Laçın şəhərində növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

 

Aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun ixtisaslaşmış həkim briqadası iştirak edib. Nevroloq, revmatoloq-artroloq, travmatoloq, uroloq, oftalmoloq, terapevt, fizioterapevt-reabilitoloq və tibb bacılarından ibarət heyət tərəfindən sakinlərə kompleks tibbi xidmətlər göstərilib.

 

Müayinələr çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, uroloji, terapevtik və fizioterapevtik-reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçiblər. Eyni zamanda, nevroloqlar tərəfindən elektromioqrafiya (EMQ), oftalmoloqlar tərəfindən isə refraktometr vasitəsilə göz müayinələri aparılıb.

Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə kursları və əlavə müayinələr təyin olunub.

 

Aksiya çərçivəsində ortayaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanması istiqamətində müayinələr aparılıb. Həmçinin 14 yaşadək uşaqlarda, eləcə də 16–65 yaş aralığında olan şəxslərdə skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası istiqamətində qiymətləndirmələr həyata keçirilib. Uşaqlar üçün fizioterapevtik baxışlar da təşkil olunub.

 

Aksiya zamanı 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də əhali üçün maarifləndirici tədbirlərin, profilaktik aksiyaların və səyyar tibbi müayinələrin keçirilməsi davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır