Stress bir neçə dəqiqə ərzində qanın xüsusiyyətlərini dəyişə bilər - Araşdırma
01.07.2026 09:38

Yeni araşdırma göstərib ki, qısamüddətli psixoloji stress belə orqanizmdə sürətli bioloji dəyişikliklərə səbəb ola bilər. Alimlərin fikrincə, stress zamanı sərbəst radikalların istehsalı artır və bu, qan laxtalarının strukturunu daha sıx və möhkəm hala gətirir.

 

Aztibb.az "Medical news today"ə istinadən yazır ki, Cənubi Uels Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 18-30 yaş arasında olan səkkiz sağlam kişi iştirak edib. İştirakçılar əvvəlcə istirahət şəraitində, daha sonra isə xüsusi stress testi zamanı müşahidə olunublar. Test zamanı onlardan münsiflər heyəti və kamera qarşısında çıxış etmək, daha sonra isə mürəkkəb hesablamalar aparmaq tələb olunub.

 

Qan analizləri göstərib ki, stressdən sonra oksidativ stressin göstəricilərindən biri olan sərbəst radikalların səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Eyni zamanda yaranan qan laxtalarının daha böyük, daha sıx və fibrin lifləri baxımından daha möhkəm olduğu müəyyən edilib. Bu isə qanın laxtalanmaya meylini artıran dəyişikliklərdən xəbər verir.

 

Tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr qısa müddətli stressin birbaşa infarkt və ya insult yaratdığı anlamına gəlmir. Bununla belə, araşdırma stressin ürək-damar sisteminə təsir mexanizmlərini daha yaxşı anlamağa imkan verir.

 

Alimlərin fikrincə, gələcəkdə ürək-damar xəstəliklərinin profilaktikasında təkcə stressin psixoloji təsirlərini azaltmaq deyil, həm də stress zamanı aktivləşən biokimyəvi prosesləri hədəfləyən yeni müalicə üsullarının hazırlanması mümkün ola bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır